İki il öncə – 2022-ci ilin fevralın 27-də Qostomel hava limanında Rusiya tərəfindən məhv edilən An-225 “Mriya” təyyarəsi dünya aviasiya tarixinin ağır yük daşıyan təyyarəsi kimi Ginnesin Rekordlar Kitabına düşüb.
AzerTimes xəbər verir ki, “Mriya” fəaliyyət olduğu dövrlərdə 240-dan çox dünya rekordu qırmağı bacarıb.
Təyyarə ən ağır yüklərdən birini 2004-cü ilin 16 iyununda Praqadan (Çexiya) Daşkəndə (Özbəkistan) neft kəməri üçün nəqliyyat avadanlıqları daşımaqla həyata keçirib. Həmin yükün çəkisi 247 ton olub.
An-225 2009-cu ilin avqustun 11-də Frankfurtdan (Almaniya) İrəvana (Ermənistan) qaz elektrik stansiyası üçün 187,6 ton ağırlığında generator daşıyıb.
Daşınan generatorun uzunluğu 16,23 m, diametri 4,27 m idi, təyyarə tərəfindən daşınan ən ağır tək yük kimi Ginnesin Rekordlar Kitabına düşüb.
Qeyd edək ki, təyyarənin uzunluğu 84 m, hündürlüyü isə 18.2 metr idi. Təyyarənin ümumi çəkisi boş halda 216 ton, maksimum yüklə birlikdə isə 640 ton təşkil edir. An-225 300 ton yanacaq daşımaq qabilliyətinə malik idi.