Dünyanın ən böyük külək elektrik stansiyası işə salındı

Dünyanın ən böyük külək elektrik stansiyası işə salındı

Böyük Britaniyada dənizdə dünyanın ən böyük külək elektrik stansiyası tam həcmdə istifadəyə verilib.

AzerTimes xəbər verir ki, bu barədə ölkənin Baş naziri Boris Conson məlumat verib.

“Hornsea 2” adlı elektrik stansiyası Şərqi Yorkşir qraflığının sahilindən 90 kilometr şərqdə, Şimal dənizində fəaliyyət göstərir.

Qeyd olunur ki, 165 turbindən ibarət külək elektrik stansiyası 1,3 milyon evi elektrik enerjisi ilə təmin etmək gücündədir. 2021-ci ildə bərpa olunan enerji mənbələri Böyük Britaniyanın elektrik enerjisi tələbatının 40 faizini təmin edib.

Teqlər: