Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə dünyanın ən böyük günəş elektrik stansiyası istifadəyə verilib.
AzerTimes xəbər verir ki, 2 GVt quraşdırılmış gücə malik və 4 milyon ikitərəfli günəş panelindən istifadə edən “Al Dhafra” elektrik stansiyası 200 min ev üçün kifayət qədər elektrik enerjisi istehsal edəcək.