“Transfermarkt” portalı dünyanın ən bahalı 10 hücumçusunun adlarını açıqlayıb.
AzerTimes xəbər verir ki, İngiltərənin “Mançester Siti” klubundan Erlinq Holann və Fransanın PSJ komandasından Kilian Mbappe (hər ikisi 180 milyon avro) 1-2-ci pillələri bölüşdürürlər.
“Real” üzvü Vinisius Junior isə (150 milyon avro) ilk “üçlük”də yer alıb.
İngiltərənin “Arselan” klubundan Bukayo Saka (120 milyon avro), “Mançester Siti”dən Fil Foden, İtaliyanın “Napoli” komandasından Viktor Osimhen, “İnter”dən Lautaro Martines, Almaniya çempionu “Bavariya”dan Harri Keyn (hamısı 110 milyon avro), “Real”dan Rodriqo (100 milyon avro), “Mançester Siti”dən Xulian Alvares (90 milyon avro) “10-luğ”u tamamlayıblar.