Yarım tondan artıq çəkisi olan, dünyanın ən kök adamının uşaqlıq arzusu onu arıqlamağa kömək edib. Meksikalı, 32 yaşlı Xuan Pedro Franko 600 kq-lıq çəkisi ilə dünyanın ən kök insanı olub.
İlk olaraq Xuan üç aya 170 kq arıqlayıb. Bunu o mədəkiçiltmə əməliyyatı üçün edib.
Meksikalı gənc illərlə yataqdan qalxa bilməyib. Ancaq həkim nəzarətində sərt pəhriz ona çəkisinin 30 faizini atmağa imkan verib.
Onun arıqlamaq barədə qəti qərarının səbəbi isə olduqca maraqlıdır – gitara çalmaq.
Xuan Pedro yeniyetmə yaşlarında düşdüyü qəzadan sonra sürətlə çəki almağa başlayıb.