Rusiya tərəfinin hazırkı mərhələdə taxıl sazişindən çıxması doğru addım idi.
AzerTimes xəbər verir ki, bunu rusiyalı siyasi ekspert Maksim Braterski deyib.
“Ukrayna taxılı ixrac olunur, Rusiya taxılı isə yox. Ona görə də, mənim fikrimcə, bu, kifayət qədər məntiqli qərardır. Əgər Qərb dünya bazarını ərzaqla doyurmaqdan bu qədər narahatdırsa, sanksiyaları müəyyən qədər aradan qaldırmalıdır. Hamısı olmasa da, ən azı nəqliyyat, sığorta, gəmilərin gəlirləri ilə əlaqəli olan sanksiyalar yumşaldılmalıdır”, – ekspert söyləyib.
Qeyd edək ki, daha öncə Qara dəniz Donanmasına hücum səbəbindən Rusiya taxıl sazişinin qeyri-müəyyən müddətə dayandırıldığını elan edib.