Dünyanın diqqəti Azərbaycandakı seçkilərin üzərindədir

Dünyanın diqqəti Azərbaycandakı seçkilərin üzərindədir

Dünyanın nüfuzlu media qurumları Azərbaycanda keçirilən prezident seçkilərini izləyir.

AzerTimes xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.

O, bildirib ki, dünya ictimaiyyətinin diqqəti Azərbaycanda keçirilən seçkilərin üzərindədir:

“Beynəlxalq səviyyədə tanınmış media qurumları seçkilər barədə ingilis, rus və başqa dillərdə dünya ictimaiyyətini məlumatlandıracaqlar”.

M.Pənahov əlavə edib ki, istər yerli, istər xarici medianın seçkiləri sərbəst şəkildə işıqlandırmaları üçün bütün şərait yaradılıb.

Teqlər: