Dünyanın dağılma təhlükəsi var

Dünyanın dağılma təhlükəsi var

Dünyanın dağılma təhlükəsi var.

ABŞ-nın Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) xəbərdarlıq edib. Aprelin 19-da Yer kürəsinə olduqca yaxın məsafədən nəhəng meteor keçəcək.

Bildirilib ki, həcmi 640-1400 metr arasında olan nəhəng səma cismi Yerə 1,7 milyon km məsafəyə qədər yaxınlaşacaq. 2014-cü ildə kəşf edilən bolidə “2014 JO25” verilib. “2014 JO25” son 400 ildə Yer kürəsinə yaxınlaşan ən böyük səma cismidir. Qarşıdakı 480 il ərzində planetimizə bu həcmdə bolidin yaxınlaşmayacağı qeyd olunur.