Dünyanın Ukraynaya diqqəti davam etməlidir.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Krım Platforması sammiti ilə bağlı danışarkən deyib.
O, videomüraciətində bildirib ki, beynəlxalq hadisələr və Ukraynanın yaxın gələcəyə hazırlaşdığı danışıqlarla bağlı görüş keçirib:
“Dünyanın Ukraynaya, azadlığın qorunmasına və beynəlxalq hüquqa diqqəti qorunmalıdır – biz bunun üçün hər şeyi edəcəyik”.
Qeyd edək ki, bu gün Çexiyada Beynəlxalq Krım Platformasının İkinci Parlament Sammiti keçiriləcək və bu sammitdə dünyanın müxtəlif ölkələrindən 70-ə yaxın parlament nümayəndə heyəti iştirak edəcək.