2020-ci ildə dünyanın aparıcı şirkətlərinin borcu koronavirus pandemiyası səbəbindən 1 trilyon ABŞ dolları artacaq.
Bu barədə “Janus Henderson” analitik şirkətindən bildiriblər.
Dünyanın 900 ən böyük şirkətindəki iş vəziyyətini əhatə edən araşdırmanın nəticələrinə görə, qlobal korporativ borc pandemiya ilə əlaqədar 12% artaraq təqribən 9,3 trlyon ABŞ dolları təşkil edəcək. Hazırda bu borcun, demək olar, yarısı (3,9 trilyon ABŞ dolları) son beş ildə borcları yüksək sürətli artan ABŞ şirkətlərinin payına düşür. Reytinqdə bu göstəriciyə görə amerikalıların ardınca Almaniya şirkətləri gəlir – 762 milyard ABŞ dolları, bunun da 192 milyardı “Volkswagen” şirkətinin payına düşür.
Qeyd edək ki, keçən il də 8% həcmində kəskin artım qeydə alınıb. Bu, bir sıra iqtisadi səbəblərlə əlaqələndirilmişdi: şirkətlərin birləşməsi və satınalmalar, səhmlərin geri alınması və dividentlərin ödənilməsi üçün borclar və s. Ancaq mütəxəssislərin fikrincə, bu il bu sahədə vəziyyət koronavirus pandemiyasının nəticələri mənfəətə xələl gətirdiyindən daha mürəkkəbdir.
“Yeni növ koronavirusun yaratdığı xəstəlik – COVID-19 hər şeyi dəyişdirdi. İndi söhbət kapitalın qorunması və balansın möhkəmləndirilməsindən gedir”, – “Janus Henderson”un nümayəndəsi – deyib.