Dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələri Hərbi Qənimətlər Parkına gəlib (FOTO)

Xəbər - Trend

Aprelin 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransda iştirak edib.

AzerTimes-ın məlumatına görə, konfransda iştirak edən dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələri daha sonra Hərbi Qənimətlər Parkına gəlib. Qonaqları Prezidentin köməkçisi Hikmət Hacıyev və digər dövlət rəsmiləri müşayət edir.

Hərbi Qənimətlər Parkında nümayəndələrə Ermənistanın müharibə cinayətlərini sübut edən faktlar barədə məlumatlar verilir.

Teqlər: