Rusiya və Çin heç vaxt dünyaya öz şərtlərini diktə etmək və onu idarə etmək iddiasında olmayıblar.
AzerTimes xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Rusiya və Çin bütün dünyanı idarə etmək iddiasında deyil, digər ölkələrdə isə belə bir tendensiya var. Moskva və Pekin ABŞ-ın sabitliyi pozan hərəkətlərini yolverilməz hesab edir. Vaşinqtonun təxribatçı hərəkətləri ilə bağlı Rusiya və Çinin mövqeləri tamamilə eynidir”, – Peskov vurğulayıb.