Dünyada vaksindən ölüm faktı qeydə alınmayıb – Baş infeksionist

Xəbər - Samir Əli – Trend:

Vaksin olunan şəxsin ölməsinə peyvəndin səbəb olması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

AzerTimes-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Baş infeksionisti Təyyar Eyvazov deyib.

O bildirib ki, hansısa bir şəxsin dünyasını dəyişməsi o demək deyil ki, həmin şəxs vaksindən ölüb: “Dünyada müxtəlif xəstəliklərdən və ya digər səbəblərdən ölüm hadisələri olur. Bu cür hallar adətən yaşlı insanlarda baş verir. Bu o demək deyil ki, həmin şəxs vaksinin təsirindən ölüb. Əgər vaksin olunandan sonra ölən olubsa, bu ölümün səbəbi araşdırılmalı, hansı səbəbdən öldüyü öyrənilməlidir. Bu vaxta qədər dünyada vaksindən ölüm halının baş verməsi ilə bağlı məlumat yoxdur”.

Teqlər: