Dünyada şəkər qıtlığı: Azərbaycanda da gözlənilirmi?

Dünyada şəkər qıtlığı: Azərbaycanda da gözlənilirmi?

Dünyanın müxtəlif ölkələrində 2023-cü il ərzində şəkər qıtlığının qeydə alınacağı proqnozlaşdırılır.

AzerTimes Hit.az-a istinadən xəbər verir ki, “Green Pool” analitik agentliyi 1.01 milyon ton həcmində kəsirin qeydə alınacağını bildirib.

Şəkər istehsalında azalma xüsusən Avropa Birliyi, Pakistan və Hindistanda gözlənilir.

Azərbaycanda şəkər istehsalı və satışı ilə məşğul olan şirkətlər məsələ ilə bağlı rəy bildirərkən, ölkəmizdə bu istiqamətdə çətinliyin olmadığını bildiriblər. Bakı və bütün bölgələr kəsintisiz olaraq şəkərlə təmin edilir. Mövsümlə əlaqədar istehlak həcmində artma qeydə alınsa da, ümumilikdə anbarlardakı mövcud şəkər həcmi tələbatı dəfələrlə üstələməkdədir.

Regionun ən böyük istehsalçısı olan İmişli Şəkər Zavodunun tam gücü ilə fəaliyyətdə olduğu və plana uyğun şəkildə ən ucqar bölgələrdəki satış nöqtələrini də məhsulla təmin etdiyi bildirilib.

Teqlər: