Dünyada satılan hər üç smartfondan ikisi 5G-ni dəstəkləyir.
AzerTimes xəbər verir ki, bu barədə “Mobile-review” portalı məlumat yayıb.
“Counterpoint” tədqiqat şirkətinin məlumatına görə, bu ilin birinci yarısında 5G rabitə şəbəkələrini dəstəkləyən smartfonların nüfuzetmə sürəti artmaqda davam edib. Bu dövrdə dünyada satılan hər üç smartfondan ikisi 5G bağlantısını dəstəkləyib.
Belə ki, qiyməti 400 dollardan yuxarı olan bütün modellər artıq 5G dəstəyinə malikdir, eləcə də 100 dollardan 249 dollara qədər olan modellərin demək olar ki, yarısı 5G dəstəyinə malikdir. Ən ucuz 5G modelləri 100-150 dollar arasında dəyişir.