Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 717 mindən çox artıb.
AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.
Məlumata əsasən, ötən sutka ərzində 717 513 nəfər yeni koronavirusa yoluxub, 13 043 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 160 813 869, ölənlərin isə 3 339 002 nəfərə çatıb.
Təsdiqlənmiş yoluxma hadisələrinin əksəriyyəti ABŞ-da qeydə alınıb – 32 496 486 nəfər. Siyahıda daha sonra Hindistan (24 046 809), Braziliya (15 359 397), Fransa (5 747 161), Rusiya (4 922 901), Böyük Britaniya (4 444 635), İtaliya (4 139 160), İspaniya (3 592 751), Almaniya (3 577 040) və Argentina (3 215 572) gəlir.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.