Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 589 mindən çox artıb.
AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.
Məlumata əsasən, ötən sutka ərzində 589 677 nəfər yeni koronavirusa yoluxub, 11 127 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 162 773 940, ölənlərin isə 3 375 573 nəfərə çatıb.
Təsdiqlənmiş yoluxma hadisələrinin əksəriyyəti ABŞ-da qeydə alınıb – 32 605 236 nəfər. Siyahıda daha sonra Hindistan (24 965 463), Braziliya (15 586 534), Fransa (5 783 787), Rusiya (4 949 573), Böyük Britaniya (4 450 781), İtaliya (4 159 122), Almaniya (3 598 846), İspaniya (3 598 452) və Argentina (3 290 935) gəlir.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.