Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 545 mindən çox artıb.
AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.
Məlumata əsasən, ötən sutka ərzində 545 102 nəfər yeni koronavirusa yoluxub, 12 406 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 168 599 045, ölənlərin isə 3 507 477 nəfərə çatıb.
Təsdiqlənmiş yoluxma hadisələrinin əksəriyyəti ABŞ-da qeydə alınıb – 32 869 009 nəfər. Siyahıda daha sonra Hindistan (27 555 457), Braziliya (16 274 695), Fransa (5 535 701), Rusiya (5 044 459), Böyük Britaniya (4 473 681), İtaliya (4 205 970), Almaniya (3 669 870), İspaniya (3 663 176) və Argentina (3 622 135) gəlir.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.