Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 438 mindən çox artıb.
AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.
Məlumata əsasən, ötən sutka ərzində 438 704 nəfər yeni koronavirusa yoluxub, 9 322 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 167 011 807, ölənlərin isə 3 472 068 nəfərə çatıb.
Təsdiqlənmiş yoluxma hadisələrinin əksəriyyəti ABŞ-da qeydə alınıb – 32 797 873 nəfər. Siyahıda daha sonra Hindistan (26 948 874), Braziliya (16 083 258), Fransa (5 507 810), Rusiya (5 017 795), Böyük Britaniya (4 464 904), İtaliya (4 194 672), Almaniya (3 653 551), İspaniya (3 647 520) və Argentina (3 539 484) gəlir.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.