Dünyada ötən sutka koronavirusa 371 mindən çox yoluxma qeydə alınıb – ÜST

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 371 mindən çox artıb.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 371 489 nəfər yeni koronavirusa yoluxub, 8 745 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 170 812 850, ölənlərin isə 3 557 586 nəfərə çatıb.


Təsdiqlənmiş yoluxma hadisələrinin əksəriyyəti ABŞ-da qeydə alınıb – 32 942 677 nəfər. Siyahıda daha sonra Hindistan (28 307 832), Braziliya (16 545 554), Fransa (5 575 650), Rusiya (5 090 249), Böyük Britaniya (4 490 442), İtaliya (4 220 304), Argentina (3 781 784), Almaniya (3 687 828) və İspaniya (3 682 778) gəlir.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.