Dünyada koronavirusdan ölənlərin sayı açıqlanıb

Dünyada COVID-19 infeksiyasından ölənlərin sayı 5 milyon nəfəri ötüb.

Trend xəbər verir ki, oktyabrın 28-də dünya üzrə koronavirusa 480 min 531 yoluxma halı aşkarlanıb, 7 min 883 nəfər infeksiya səbəbindən həyatını itirib.

Saytın bu gün saat 21:00 radələrinə olan məlumatına görə, koronavirusdan 5 milyon 854 ölüm halı qeydə alınıb. İnfeksiyaya yoluxanları sayı 246 milyon 564 min nəfəri ötüb. Eyni zamanda, 223 milyon 365 mindən çox insan COVID-19 xəstəliyindən sağalıb, müalicəsi davam edən 18 milyon 198 min aktiv xəstədən 75 min nəfərin vəziyyəti ağır qiymətləndirilir.

ABŞ COVID-19 infeksiyasına yoluxanların sayına görə dünyada liderlik edir. Birləşmiş Ştatlarda koronavirusa yoluxanların sayı 46 milyon 693 min nəfəri keçib, 763 min 894 nəfər infeksiya səbəbindən vəfat edib, 36 milyon 567 mindən çox insan isə sağalıb.

Yoluxanların sayına görə ikinci yerdə qərarlaşan Hindistanda 34 milyon 259 min nəfərdə COVID-19 xəstəliyi təsdiqlənib, 457 min 772 nəfər ölüb, sağalanların sayı 33 milyon 632 min nəfərə çatıb.

Yoluxma göstəricisi üzrə üçüncü pillədə Braziliya qərarlaşıb. Bu ölkədə pandemiya dövrü ərzində 21 milyon 781 min nəfər virusa yoluxub, onlardan 607 min 125 nəfəri həyatını itirib, 20 milyon 979 min nəfər isə sağalıb.

Xatırladaq ki, 2020-ci ilin mart ayında Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirusun yayılmasını pandemiya elan edib.

Teqlər: