Son bir həftə ərzində dünyada 10 milyondan çox insan koronavirus
infeksiyasına yoluxub, 45 mindən artıq insan isə koronavirusdan
ölüb.
AzerTimes-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə
Təşkilatının (ÜST) həftəlik bülletenində deyilir.
Məlumata əsasən, daha öncəki həftə ilə müqayisədə yoluxma
hallarının sayı 14 faiz azalıb, ölüm hallarının sayı isə 43 faiz
artıb.
“Martın 21-dən 27-dək koronavirusa 10 805 132 nəfər yoluxub, 45
711 nəfər isə koronavirusdan ölüb. Bir öncəki həftə ilə müqayisədə
yoluxma hallarının sayı 14 faiz azalıb, ölüm hallarının sayı isə 43
faiz artıb”, – deyə bülletendə bildirilir.
Qeyd edək ki, son sutka dünyada koronavirusa 1 342 231 yoluxma,
2 841 ölüm halı qeydə alınıb. Hazırkı dövrədək koronavirusa
yoluxanların sayı 481 756 671 nəfərə, ölənlərin sayı isə 6 127 981
nəfərə çatıb.