Dünyada koronavirusa yoluxanların sayı 289 milyon nəfəri keçib.
Trend-in məlumatına görə, bunu, beynəlxalq təşkilatların, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.
Bildirilir ki, dünyada koronavirusa yoluxanların sayı 289 293 171 nəfərə çatıb, koronavirusa yoluxanlardan 5 440 643 nəfəri ölüb.
Məlumata əsasən, ən çox yoluxma və ölüm halları ABŞ, Hindistan və Braziliyada qeydə alınıb.
ABŞ-da koronavirusa 54 860 424 nəfər yoluxub, 825 816 nəfər isə koronavirusdan vəfat edib. Hindistanda bu göstəricilər müvafiq olaraq 34 889 132 və 481 770 nəfərə bərabərdir. Braziliyada isə hazırkı dövrədək 22 295 621 yoluxma və 619 367 ölüm halı qeydə alınıb.