Dünyada koronavirusa yoluxanların sayı 246 milyon nəfəri keçib.
AzerTimes-ın məlumatına görə, bunu, beynəlxalq təşkilatların, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.
Bildirilir ki, dünyada koronavirusa yoluxanların sayı 246 394 420 nəfərə çatıb, koronavirusa yoluxanlardan 4 995 018 nəfəri ölüb.
Məlumata əsasən, ən çox yoluxma və ölüm halları ABŞ, Hindistan və Braziliya da qeydə alınıb.
ABŞ-da koronavirusa 45 953 186 nəfər yoluxub, 745 668 nəfər isə koronavirusdan vəfat edib. Hindistanda bu göstəricilər müvafiq olaraq 34 260 470 və 457 740 nəfərə bərabərdir. Braziliyada isə hazırkı dövrədək 21 804 094 yoluxma və 607 694 ölüm halı qeydə alınıb.