Dünyada yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 105,7 milyon nəfəri ötüb.
AzerTimes-ın məlumatına görə, bunu, beynəlxalq təşkilatların, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.
Məlumata əsasən, dünyada koronavirusa yoluxanların sayı 105 763 135 nəfərə çatıb. Onlardan 2 309 350 nəfəri ölüb, 76 milyondan çoxu isə sağalıb.
Bildirilir ki, ən çox yoluxma halları ABŞ-da (26 916 192), Hindistanda (10 826 363) və Braziliyada (9 447 165) qeydə alınıb.