Dünyada yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 102,5 milyon nəfəri ötüb.
AzerTimes-ın məlumatına görə, bunu, beynəlxalq təşkilatların, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.
Məlumata əsasən, dünyada koronavirusa yoluxanların sayı 102 577 980 nəfərə çatıb. Onlardan 2 219 889 nəfəri ölüb, 56 762 082 nəfəri isə sağalıb.
Bildirilir ki, ən çox yoluxma halları ABŞ-da (26 072 562), Hindistanda (10 746 174) və Braziliyada (9 176 975) qeydə alınıb.