Dünyada koronavirusa qarşı vurulan peyvəndlərin sayı 9 milyardı ötüb.
AzerTimes-ın məlumatına görə, bu barədə “TASS”ın rəsmi və müxtəlif KİV-lərin statistikaları əsasında hazırladığı hesabatda deyilir.
Məlumata əsasən, istifadə edilən 9,002 milyarddan artıq peyvəndin yarısından çoxu (4,67 milyard) cəmi üç ölkədə vurulub: Çin (2,77 milyard), Hindistan (1,4 milyard) və ABŞ (0,5 milyard).