Dünyada koronavirusa qarşı vurulan peyvəndlərin sayı 8 milyardı ötüb.
AzerTimes-ın məlumatına görə, bu barədə “TASS”ın rəsmi və müxtəlif KİV-lərin statistikaları əsasında hazırladığı hesabatda deyilir.
Məlumata əsasən, istifadə edilən 8,03 milyarddan artıq peyvəndin yarısından çoxu (4,16 milyard) cəmi üç ölkədə vurulub: Çin (2,5 milyard), Hindistan (1,2 milyard) və ABŞ (0,46 milyard).