Dünyada ilk dəfə Böyük Britaniyada robot hüquqşünas məhkəmə işi aparacaq.
AzerTimes Azərtac-a istinadən xəbər verir ki, fevralda keçiriləcək məhkəmədə müttəhim süni intellektdən məsləhətlər alacaq.
Dünyanın ilk robot hüquqşünası müttəhimin smartfonunda işləyəcək və müdafiə zamanı nə deyəcəyi ilə bağlı müştərisinə göstəriş vermək üçün şərhləri öyrənəcək.
Məhkəmə binasının yeri, ittihamın mahiyyəti və təqsirləndirilən şəxsin adı açıqlanmayıb.