Dünyada hər il milyon yarım insan buna görə ölür

Dünyada hər il milyon yarım insan buna görə ölür

Yanğınların səbəb olduğu hava çirklənməsi hər il dünyada milyon yarımdan çox insanın ölümünə gətirib çıxarır. Bu hallarının 90%-dən çoxu aşağı və orta gəlirli ölkələrin payına düşüb.

AzerTimes xəbər verir ki, bu barədə “Lancet” elmi jurnalında dərc olunmuş məqalədə deyilib.

Yanğınlarla əlaqəli hava çirklənməsindən ən çox ölüm halları Çin, Konqo Demokratik Respublikası, İndoneziya və Nigeriyada qeydə alınıb.

Məqalədə deyilir ki, iqlim dəyişikliyi tez-tez intensiv meşə yanğınlarına səbəb olduğundan, qarşıdakı illərdə bundan ölümlərin daha da artacağı gözlənilir. Yoxsul ölkələrin iqlim ədalətsizliyi ilə üzləşdiyini vurğulayan tədqiqat müəllifləri sözügedən məsələ ilə bağlı təcili tədbirlər görməyə çağırırlar.

Teqlər: