Dünyada elektrik enerjisi istehsalı azalıb – bp

Xəbər - Ləman Zeynalova – Trend:

Azərbaycanda 2020-ci ildə elektrik enerjisi istehsalı 2019-cu illə müqayisədə 12,7 faiz azalıb.

AzerTimes bu barədə bp şirkətinin Dünya enerjsinin statistik icmalına istinadən məlumat verir.

Qeyd olunur ki, 2019-cu ildə elektrik enerjisi istehsalı 26,1 teravatt-saat idisə, 2020-ci ildə bu göstərici 22,8 teravatt-saat təşkil etmişdi.

Ümumuilikdə, 2009-cu ildən 2019-cu ilədək Azərbaycanda gündəlik neft emalı 3,3 faiz artıb.

Azərbaycanda elektrik enerjisi istehsalı 2010-cu ildə 18,7 teravatt-saat, 2011-ci ildə 20,3 teravatt-saat, 2012-ci ildə 23 teravatt-saat, 2013-cü ildə 23,4 teravatt-saat, 2014-cü ildə 24,7 teravatt-saat, 2015-ci ildə 24,7 teravatt-saat, 2016-cı ildə 25 teravatt-saat, 2017-ci ildə 24,3 teravatt-saat, 2018-ci ildə 25,2 teravatt-saat təşkil edib.

bp-nin qiymətləndirməsinə əsasən, dünyada elektrik enerjisi istehsalı 2019-cu ildə 27 001 teravatt-saatdan 2020-ci ildə 26 823 teravatt-saatadək (0,9 faiz) azalıb.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: