Dünyada koronavirus əleyhinə edilən peyvəndlərin sayı 2 milyardı keçib. İstifadə edilən peyvəndlərin yarısından çoxu 3 ölkənin – Çin, ABŞ və Hindistan – payına düşüb.
AzerTimes-ın məlumatına görə, bu barədə hökümətlərin və KİV-lərin təqdim etdiyi statistikaya əsasən “TASS”ın hesablamalarında deyilir.
Məlumata əsasən, hazırda dünyada koronavirusa qarşı 2,002 milyard peyvənd edilib ki, onlardan 700 milyondan çoxu Çinin , 220 milyondan çoxu isə Hindistanın payına düşür.
Bildirilir ki, ABŞ-da istifadə dilən doza sayı 300 milyona yaxınlaşıb. Prezident Cozef Baydenin daha əvvəl dediyi kimi, yetkinlik yaşına çatmış ABŞ vətəndaşlarının 63 faizi peyvəndin ilk dozasını qəbul edib.
Dünya üzrə tam vaksinasiya olunmuş vətəndaşların sayına görə Seyşel adaları (vətəndaşların 62 faizdən çoxu tam peyvənd olunub) və İsrail (60 faizdən çoxu) liderdir.