Dünyada buğda istehsalının həcmi azalır.
Trend-in məlumatına görə, bu barədə ABŞ Kənd Təsərrüfatı Nazirliyinin hesabatında deyilir.
Qeyd olunur ki, 2019-cu ildə aşağı rentabelliklə əlaqədar ABŞ-da buğda istehsalçıları üçün ən pis mövsümlərdən biri qeydə alınıb. Həmin dövrdə əvvəl dövlət dəstəyinə arxalanan bir sıra şirkət dəstəyin aradan qaldırılması və taxıl qiymətlərinin azalması ilə əlaqədar müflis oldu.
Hesabatda o da bildirilir ki, Avstraliyada meşə yanğınları buğda tarlalarına ziyan vurub və ABŞ Kənd Təsərrüfatı Nazirliyi 2021-2022-ci illərdə buğda ixracının 17 faiz azalacağını gözləyir.
BMT-nin hesablamalarına əsasən, 2050-ci ilədək dünyada 40 faiz daha çox qida məhsulu istehsal etmək lazım olacaq, belə ki, həmin dövrədək dünya əhalisinin 2 milyard nəfər artacağı gözlənilir.