Dünyada beynəlxalq miqrantların sayı son 50 ildə 84 milyondan 281 milyona qədər artıb.
AzerTimes-ın məlumatına görə, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının hesabatında deyilir.
Hazırkı qlobal qiymətləndirmələrə əsasən, 2020-ci ildə dünyada təxmiən 281 milyon beynəlxalq miqrant var ki, bu da dünya əhaləsinin 3,6 faizini təşkil edir.
Bildirilir ki, 1970-ci ildə beynəlxalq miqrantların sayı 84 milyon nəfər təşkil edib.
Qeyd edilir ki, koronavirus pandemiyası miqrasiyanın sürətini yavaşladıb. Koronavirus pandümiyasının təsirləri olmasa idi beynəlxalq miqrantların sayı təxminən 283 milyon təşkil edəcəkdi.
Hesabatda həmçinin beynəlxalq pul köçürmələrinin artmasına da diqqət yetirilib. Belə ki, 2000-ci ildə pul köçürmələri 126 milyard dollar təşkil edibsə, 2020-ci ildə bu rəqəm 702 milyard dollara bərabər olub. Pandemiya səbəbilə ekspertlər beynəlxalq pul köçürmələrinin kəskin azalacağını proqnozlaşdırsada, 2020-ci ildə 2019-cu il ilə müqayisədə azalma cəmi 2,4 faiz təşkil edib.