Dünyada baş verən son proseslər Zəngəzur dəhlizinin əhəmiyyətini daha da artırır – Mərkəz rəhbəri (FOTO/VİDEO)

Rusiya-Ukrayna ətrafında yaranan hərbi-siyasi böhran, qərb
ölkərinin tətbiq etdikləri sərt sanksiyalar postsovet məkanında
yerləşən hər bir ölkəyə iqtisadi baxımdan mənfi təsir göstərəcək.
Amma Azərbaycan iqtisadiyyatı möhkəm təməllər üzərində dayanır, son
illər iqtisadiyyatımız şaxələndirilib və güclənib. Bütün bu amillər
deməyə əsas verir ki, xarici iqtisadi şoklar ölkəmizin
iqtisadiyyatına o qədər də ciddi təsir edə bilməyəcək.

Bunu Trend BİA-nın “Sahil Kərimli ilə Aktual” müəllif layihəsinə
müsahibəsində İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin rəhbəri,
UNEC professoru Ruslan Atakişiyev bildirib.

O, əlavə edib ki, bölgədə baş verən hərbi-siyasi təlatümlər,
böyük dövlətlərin bir-birinə tətbiq etdiyi sərt sanksiyalar dünya
iqtisadiyyatında çox ciddi dəyişikliklərə gətirib çıxaracaq.

“Sanksiyalar qarşılıqlıdır və bumeranq xarakteri daşıyır.
Sanksiya tətbiq edən ölkələrin də iqtisadiyyatında tənəzzül
yaşanacaq. Ümumiyyətlə, dünya iqtisadiyyatı yeni qütbləşməyə doğru
gedir, yeni düzənlər yaranır, yeni reallıqlar meydana gəlir”, –
deyə R.Atakişiyev əlavə edib.

R.Atakişiyev bildirib ki, Azərbaycan dövlətinin son illər
ərzində həyata keçirdiyi iqtisadi islahatlar, bir neçə onilliklər
sonraya hesablanmış nəhəng layihələr, bölgədə reallaşdırılan iri
projelər ölkəmizin gələcəyi üçün çox önəmlidir:

“Biz gələcəyə nikbin baxırıq, proqnozlar müsbətdir və dünyada
baş verən təlatümlər Azərbaycan üçün o qədər də ciddi təhlükə
yaratmır. Xüsusilə də bu proseslər Zəngəzur dəhlizinin əhəmiyyətini
son dərəcə artırır. Şərqlə-Qərb arasında yaranan iqtisadi-siyasi
uçurum, münaqişə ölkəkləri arasında ticarət əlaqələrinin iflic
olması Azərbaycanın tranzit imkanlarını daha qabarıq şəkildə önə
çıxarır. Bu baxımdan Zəngəzur dəhlizinin potensialı və önəmi daha
da artır və bu nəinki Azərbaycan üçün, digər maraqlı ölkələr üçün
də inanılmaz iqtisadi dividentlər deməkdir. Əlbəttə ki, bütün bu
reallıqlar Azərbaycan dövlətinin düşünülmüş, uzaqgörən siyasətinin
nəticəsidir”.

Trend müsahibənin videovariantını təqdim edir.

Teqlər: