Dünyada 9 milyard dozaya yaxın koronavirusa qarşı peyvənd istifadə olunub

Bu günə qədər dünyanın 184 ölkəsində 8,95 milyarddan çox doza COVID-19 peyvəndi istifadə edilib.

Trend xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi xəbər verir.

Bildirilir ki, bəşəriyyət tarixində ən genişmiqyaslı peyvəndləmə aksiyası davam etməkdədir. Hazırda hər 100 nəfərə təqribən 116 doz peyvənbd istifadə olunub. Prosesin ortalama tempi gündə 43,4 milyon dozaya bərabərdir.

Qeyd olunur ki, nütəxəssislərin hesablamaları həyatın normal axara dönməsi üçün əhalinin təxminən 75%-i peyvənd olunmalı olduğunu göstərir. Artıq 38 ölkədə əhalinin 75%-i peyvəndin peyvəndin azı bir dozasınə qəul edib.

Agentlik vurğulayır ki, peyvənd prosesi müxtəlif bölgələrdə qeyri-bərabər olaraq qalır: yüksək gəlirli ölkələrdə aşağı gəlirli ölkələrlə müqayisədə peyvəndləmə gedişatı 10 dəfə daha sürətlidir.


Qeyd edək ki, pandemiyanən başlamasından 279,55 milyon insan koronavirusa yoluxub, onlardan 5,4 milyonu vəfat edib.

Xatırladaq ki, son sutka ərzində Azərbaycanda koronavirus (COVID-19) əleyhinə 20 989 vaksin vurulub.

Hazırki dönəmdə ölkədə istifadə olunan vaksin dozalarının ümumi sayı 11 224 584 təşkil edir, o cümlədən ölkədə 4 662 012 nəfər peyvəndin hər iki dozasını, 1 404 618 nəfər isə buster dozanı qəbul edib.

Teqlər: