Dünyada 50 yaşa qədər xərçəng xəstələrinin sayı artdı

Dünyada 50 yaşa qədər xərçəng xəstələrinin sayı artdı

Dünyada 50 yaşa qədər xərçəng xəstələrinin sayı artıb. Amerikalı tədqiqatçıların məlumatına görə, bütün xərçəng hadisələrinin 40 faizə qədəri müxtəlif həyat tərzi faktorları ilə bağlıdır.

AzerTimes xəbər verir ki, Amerika Xərçəng Araşdırmaları Assosiasiyasının alimləri 135 min insanın iştirak etdiyi araşdırma aparıblar. JAMA (The Journal of the American Medical Association) beynəlxalq tibbi elmi jurnalında təqdim olunan hesabatdan belə nəticəyə gəlmək olar ki, alkoqol son illərdə xəstələrin sayının artmasına səbəb olan amillərdən biridir. Yüngül və orta dərəcədə alkoqol qəbul edənlər arasında, yalnız nadir hallarda içən insanlarla müqayisədə xərçəngdən ölüm göstəricisinin artması müşahidə olunur.

Beləliklə, alkoqolun az miqdarda, məsələn ürək üçün, sağlamlığa faydalı ola biləcəyi bir mifdir. Kiçik dozalar belə, ilk növbədə mədə-bağırsaq traktına, qaraciyərə və süd vəzisinə təhlükə yaradır.

Tədqiqatlar göstərir ki, gündə təkcə bir qədəh şərabla süd vəzisi xərçəngi riski artır.

Lakin Karolina İnstitutunun və Upsala Universitetinin epidemiologiya tədqiqatçısı Syuzan Larssonun fikrincə, artıq çəki və ya piylənmə olduqda orta dərəcədə alkoqol istehlakı ilə müqayisədə xərçəngə tutulmaq riski şübhəsizdir. “Piylənmə müxtəlif hormonlara təsir edir və bu hormonların bəziləri xərçəngin inkişafını sürətləndirir”, – o, qeyd edib.

Gənclər arasında xərçəng nisbətlərinin artmasına səbəb ola biləcək digər amillər qidalanma və idman məşqləri vərdişləridir. Çoxdan məlumdur ki, fiziki aktivliyin olmaması, yağlar və emal edilmiş qidalarla zəngin pəhriz xərçəng inkişafının risk faktorlarıdır.

Teqlər: