Dünyada 45 milyon insan aclıq həddindədir – BMT

Birləşmiş Millətlər Təşkilatının Qida Agentliyi dünyanın 43 ölkəsində aclıq təhlükəsi ilə üz-üzə qalan insanların sayının 45 milyona çatdığını bildirib.

Ümumdünya Ərzaq Proqramının (WFP) açıqlamasına görə, ilin əvvəlində 42 milyonluq göstəricini 3 milyon artması, əsasən, Əfqanıstanda aclıqla üzləşənləri qeydə alınması ilə bağlıdır.

“On milyonlarla insan uçurumun astanasındadır. Münaqişələr, iqlim dəyişikliyi və COVID-19 acləqdan əziyyət çəkənlərin sayını artırır”, deyə WFP İcraçı Direktoru Devid Bizli bildirib.


O əlavə edib ki, Ümumdünya Ərzaq Proqramının dəstəyi Əfaqnıstanda 23 milyon insanı əhatə edib.

Teqlər: