Koronavirusun yeni “omikron” ştammına yoluxma hallarının artması ilə əlaqədar dünyada 2,5 mindən çox aviareys ləğv edilib.
AzerTimes-ın məlumatına görə, bu barədə hava gəmilərinin hərəkətini izləyən “FlightAware” portalında deyilir.
Məlumata əsasən, dekabrın 27-si 2 522 aviareys ləğv edilib, 7 690 aviareys isə yubanıb. Ləğv olunan aviareyslərin əksəriyyəti (958) ABŞ-ın payında düşür.
Bildirilir ki, ləğv edilən uçuşlar həm daxili, həm də beynəlxalq reyslərə şamil edilir.