Dünya Yaş Qrupu Yarışları kişilər arasında batut gimnastikası üzrə fərdi proqramda finalçılar müəyyənləşib

Xəbər - Cani Babayeva – Trend:

Bakıda batut gimnastikası və tamblinq üzrə 28-ci Dünya Yaş Qrupu Yarışlarının final günündə 11-12 yaş qrupu üzrə kişilər arasında batut gimnastikası üzrə fərdi proqramında finalçılar müəyyənləşib.

AzerTimes-ın məlumatına görə, finala Bajen Silin (Belarus, 97,040 xal), Kuqa Kamiyama (Yaponiya, 94,910 xal), Daniel Jevlakov (Belarus, 94,265 xal), Yuri Şakula (Rusiya, 93,715 xal), Elizar Qutsev (Belarus, 93,590 xal), Rui Yokoişi (Yaponiya, 93,210 bal), Aleksey Dedoviç (Rusiya, 93,195 bal) və Daniil Kiruşkin (Belarus, 93,065 bal) çıxıblar.

Azərbaycan gimnastları Əmmar Baxşəliyev və İbrahim Mustafazadə finala çıxa bilməyiblər. Ə.Baxşəliyev 91.125 balla 10-cu, İ.Mustafazadə isə 86.030 balla 18-ci yeri tutublar.

Qeyd edək ki, 25-28 noyabr tarixlərində keçiriləcək 28-ci Dünya Yaş Qrupları Yarışlarında 32 ölkədən 650 idmançı iştirak edir.

Gimnastlar həm batut, həm tamblinq, həm də ikili mini-batut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyasında yarışırlar.

Yarışda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edirlər.

Yarışlarda Azərbaycanı 15 gimnast təmsil edir. Batut gimnastikasında Selcan Maqsudova, Maqsud Maqsudov, Ammar Baxşəliyev, İbrahim Mustafazadə, Mehdi Əliyev, Nicat Mirzyəyev, Əli Niftəliyev, Şəfiqə Hümbətova, Səma Cəfərova, tamblinq yarışlarında Tofiq Əliyev, Adil Hacızadə, Bilal Qurbanov, Hüseyn Əsədullayev, Aleksey Karataşov və Elnur Məmmədov iştirak edirlər.

Teqlər: