Dünya Yaş Qrupları Yarışlarının batutda sinxron tullanma proqramında finalçılar müəyyənləşib

Xəbər - Cani Babayeva – Trend:

Bakıda batut gimnastikası və tamblinq üzrə 28-ci Dünya Yaş Qrupu Yarışlarında 17-21 yaş qrupu üzrə kişilər və qadınlar arasında batutda sinxron tullanma proqramında finalçılar müəyyənləşib.

AzerTimes-ın məlumatına görə, qadınlar arasında batut sinxron tullanma proqramında Mariam Raqimovi və Anano Apakidze (Gürcüstan), Meri Qolota və Mariya Mixaylova (Rusiya), Sofia Landberq və Smilla Jensen (Danimarka), Luka Kristin Frey və Qabriela Şter (Almaniya), Çarmeyn Buçxolts və Kristina Şuld (Almaniya), Elif Çolak və Sıla Karakuş (Türkiyə), Serafima Kotova və Veronika Şmeleva (Rusiya), Elçin Sena Karakaş və Livanur Yalçın (Türkiyə) finala vəsiqə qazanıblar.

Kişilər arasında sinxron tullanma proqramında finala Roman Barkov və İqor Qraçov (Qazaxıstan), Nikita Fomçenko və Sebastyan Stankeviç (Belarus), Matvey Kiryuşov və Aleksandr Rudenko (Rusiya), İqor Miniaxmetov və Daniil Valyuntsev (Belarus), Aleksis Şevalye və Floristan Riu (Fransa), Ralf Van Tilborq və Rikkert Veldhuizen (Hollandiya), Marat Urmanov və Daniil Parfyonov (Qazaxıstan), Ceys Uilyams və Alexander Nobl (ABŞ) çıxıblar.

Qeyd edək ki, 25-28 noyabr tarixlərində keçiriləcək 28-ci Dünya Yaş Qrupları Yarışlarında 32 ölkədən 650 idmançı iştirak edir.

Gimnastlar həm batut, həm tamblinq, həm də ikili mini-batut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyasında yarışırlar.

Yarışda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edirlər.

Yarışlarda Azərbaycanı 15 gimnast təmsil edir. Batut gimnastikasında Selcan Maqsudova, Maqsud Maqsudov, Ammar Baxşəliyev, İbrahim Mustafazadə, Mehdi Əliyev, Nicat Mirzyəyev, Əli Niftəliyev, Şəfiqə Hümbətova, Səma Cəfərova, tamblinq yarışlarında Tofiq Əliyev, Adil Hacızadə, Bilal Qurbanov, Hüseyn Əsədullayev, Aleksey Karataşov və Elnur Məmmədov iştirak edirlər.

Teqlər: