Dünya Yaş Qrupları Yarışlarında qadınlar arasında ikili mini-batutda tullanma proqramında finalçılar müəyyənləşib

Xəbər - Cani Babayeva- Trend:

Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə 28-ci Dünya Yaş Qrupu Yarışlarının final günündə 15-16 yaş qrupunda qadınların ikili mini-batutda tullanma proqramında finalçılar müəyyənləşib.

AzerTimes-ın məlumatına görə, finala Molli MakKenna (Böyük Britaniya, 66,600 xal), Ava Binkovski (ABŞ, 66,300 xal), Sofiya Tatarova (Rusiya, 66,100 xal), Rozali Txonqxey (ABŞ, 65,800 xal), Jaklin Kent (ABŞ, 65,800 xal), Ester Paçeko (İspaniya, 65.000 xal), Elina Terexova (Rusiya, 65.000 xal), Coslin Beyn (ABŞ, 64.900 xal) çıxıblar.

Qeyd edək ki, 25-28 noyabr tarixlərində keçiriləcək 28-ci Dünya Yaş Qrupları Yarışlarında 32 ölkədən 650 idmançı iştirak edir.

Gimnastlar həm batut, həm tamblinq, həm də ikili mini-batut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyasında yarışırlar.


Yarışda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edirlər.

Yarışlarda Azərbaycanı 15 gimnast təmsil edir. Batut gimnastikasında Selcan Maqsudova, Maqsud Maqsudov, Ammar Baxşəliyev, İbrahim Mustafazadə, Mehdi Əliyev, Nicat Mirzyəyev, Əli Niftəliyev, Şəfiqə Hümbətova, Səma Cəfərova, tamblinq yarışlarında Tofiq Əliyev, Adil Hacızadə, Bilal Qurbanov, Hüseyn Əsədullayev, Aleksey Karataşov və Elnur Məmmədov iştirak edirlər.

28-е Всемирные соревнования среди возрастных групп по прыжкам на батуте, двойном мини-батуте и акробатической дорожке (тамблинг) проходят в Национальной арене гимнастики в Баку 25-28 ноября.

Teqlər: