Dünya Yaş Qrupları Yarışlarında kişilər arasında tamblinq üzrə finalçılar müəyyənləşib

Xəbər - Cani Babayeva – Trend:

Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə 28-ci Dünya Yaş Qrupu Yarışlarının final günündə 13-14 yaş qrupu üzrə kişilər arasında tamblinq proqramında finalçılar müəyyənləşib.

AzerTimes-ın məlumatına görə, Finala Beyli Forbes (Böyük Britaniya, 65.000 xal), Tristan Sinqeli (Böyük Britaniya, 63.100 xal), Xavyer Harper (ABŞ, 63.000 xal), Sebastyan Bandeyra Frayr (Böyük Britaniya, 62.900 xal), Evgeni Tarasenko (Ukrayna, 62.900 xal), Aksanleder 62.80, Şerbakov (Rusiya, 62,200 xal), Matvey Belov (Rusiya, 61,900 xal), Freddi Liqqins (Böyük Britaniya, 61,800 xal) çıxıblar.

Azərbaycanlı gimnast Aleksey Karataşov 57,700 xalla 15-ci yeri tutub. Buna görə də o, finala yüksələ bilməyib.

Qeyd edək ki, 25-28 noyabr tarixlərində keçiriləcək 28-ci Dünya Yaş Qrupları Yarışlarında 32 ölkədən 650 idmançı iştirak edir.

Gimnastlar həm batut, həm tamblinq, həm də ikili mini-batut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyasında yarışırlar.

Yarışda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edirlər.

Yarışlarda Azərbaycanı 15 gimnast təmsil edir. Batut gimnastikasında Selcan Maqsudova, Maqsud Maqsudov, Ammar Baxşəliyev, İbrahim Mustafazadə, Mehdi Əliyev, Nicat Mirzyəyev, Əli Niftəliyev, Şəfiqə Hümbətova, Səma Cəfərova, tamblinq yarışlarında Tofiq Əliyev, Adil Hacızadə, Bilal Qurbanov, Hüseyn Əsədullayev, Aleksey Karataşov və Elnur Məmmədov iştirak edirlər.

Teqlər: