Xəbər - Cani Babayeva – Trend:
Bakıda Batut Gimnastikası üzrə 28-ci Dünya Yaş Qrupları Yarışlarında 15-16 yaş qrupunda kişilər arasında tamblinq üzrə finalçılar məlum olub.
Trend-in məlumatına görə, finala Dmitri Şatalov (Rusiya), Sergey Finiçenko (Rusiya), Aksel Düriz (Fransa), Fred Tiq (Böyük Britaniya), Yeppe Mikkelsen (Danimarka), İppolit Erge (Fransa), Frederik Skoninq (Danimarka) və Ceyk Perri (Böyük Britaniya) vəsiqə qazanıb.
Qeyd edək ki, 25-28 noyabr tarixlərində keçiriləcək 28-ci Dünya Yaş Qrupları Yarışları 32 ölkədən 650 idmançı iştirak edəcək.
Gimnastlar həm batut, həm tamblinq, həm də ikili mini-batut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyasında yarışacaqlar.
Yarışda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edəcəklər.
Yarışlarda Azərbaycanı 15 gimnast təmsil edəcək. Batut gimnastikasında Selcan Maqsudova, Maqsud Maqsudov, Ammar Baxşəliyev, İbrahim Mustafazadə, Mehdi Əliyev, Nicat Mirzyəyev, Əli Niftəliyev, Şəfiqə Hümbətova, Səma Cəfərova, tamblinq yarışlarında Tofiq Əliyev, Adil Hacızadə, Bilal Qurbanov, Hüseyn Əsədullayev, Aleksey Karataşov və Elnur Məmmədov iştirak edirlər.
(Tərcümə: Orxan Nəbiyev)