Dünya Yaş Qrupları Yarışlarında batut üzərində fərdi hərəkətlərdə finalçılar məlum olub

Xəbər - Cani Babayeva – Trend:

Bakıda Batut Gimnastikası üzrə 28-ci Dünya Yaş Qrupları Yarışlarında 15-16 yaş qrupunda kişilər və qadınlar arasında batut üzərində fərdi hərəkətlərdə finalçılar məlum olub.

Trend-in məlumatına görə, kişilər arasında finala Qabriel Albukerke (Portuqaliya, 101.515 xal), Tayler Koul-Dayer (Böyük Britaniya, 101.190 xal), Kanato Tsudzuku (Yaponiya, 101.170 xal), Rayan Makkanyan (ABŞ, 100.895 xal), Migel Fey (Almaniya, 100.335 xal), Tayqa Akaişi (Yaponiya, 100.060 xal), İlya Kurbanov (Rusiya, 99.955 xal) və Maksim Anisimov (Rusiya, 98.855 xal) vəsiqə qazanıb.

Qadınlar arasında isə finala Anjela Bladtseva (Rusiya, 98.800 xal), Kokone Harima (Yaponiya, 95.965 xal), Mariam Ragimovi (Gürcüstan, 95.645 xal), Natalya Bloxina (Rusiya, 95.335 xal), Mariya Sergeyeva (Belarus, 94.995 xal), Kiko Tanaka (Yaponiya, 94.870 xal), Misaki İsida (Yaponiya, 94.370 xal) və Elif Çolak (Türkiyə, 94.2850 xal) çıxıb.

Qeyd edək ki, 25-28 noyabr tarixlərində keçiriləcək 28-ci Dünya Yaş Qrupları Yarışları 32 ölkədən 650 idmançı iştirak edəcək.

Gimnastlar həm batut, həm tamblinq, həm də ikili mini-batut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyasında yarışacaqlar.

Yarışda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edəcəklər.

Yarışlarda Azərbaycanı 15 gimnast təmsil edəcək. Batut gimnastikasında Selcan Maqsudova, Maqsud Maqsudov, Ammar Baxşəliyev, İbrahim Mustafazadə, Mehdi Əliyev, Nicat Mirzyəyev, Əli Niftəliyev, Şəfiqə Hümbətova, Səma Cəfərova, tamblinq yarışlarında Tofiq Əliyev, Adil Hacızadə, Bilal Qurbanov, Hüseyn Əsədullayev, Aleksey Karataşov və Elnur Məmmədov iştirak edirlər.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: