Xəbər - Çingiz Səfərli – Trend:
UNICEF-in Azərbaycandakı nümayəndəliyinin maliyyə dəstəyi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin təşkilatçılığı ilə 17 noyabr- Dünya vaxtından əvvəl doğulmuş uşaqlar günü” nə həsr edilmiş konfrans keçirilib.
AzerTimes-ın məlumatına görə, tədbirdə TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov, UNICEF-in Azərbaycandaki nümayəndəsi Aleks Haykens, Azərbaycan Respublikası səhiyyə nazirliyinin səhiyyənin təşkili şöbəsinin müdiri Anar İsrafilov, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Raidə Əmirbəyova, “Regional İnkişaf” İctimai Birliyinin layihə rəhbəri Nəzrin Şirinovaya, Səhiyyə Nazirliyinin Neonatoloji Xidmətin Təkmilləşdirilməsi üzrə xüsusi komissiyasının sədri Rüstəm Hüseynov, Yeni Klinika Tibb Mərkəzinin direktoru vəzifəsini icra edən Musa Abbasov, TƏBİB-in departament rəhbərləri, Bakı, Sumqayıt və Gəncə şəhər Səhiyyə Mərkəzlərinin rəhbərləri, ölkəmizdə fəaliyyət göstərən bəzi səfirliklərin nümayəndələri, tabelikdə olan aidiyyəti tibb müəssisələrinin rəhbər və işçiləri iştirak edib.
Açılış nitqi ilə çıxış edən İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov son illərdə səhiyyə sistemində maddi texniki bazanın gücləndirilməsi və tibb müəssisələrinin ən son avadanlıqlarla təchiz edilməsinin vaxtından əvvəl doğulmuş uşaqların sağlam yaşaması, eyni zamanda xüsusi diqqətlə müalicə edilərək cəmiyyətə yararlı şəxslər kimi inteqrasiya edilməsində mühüm irəliləyişin əsasını təşkil etdiyini bildirib. Vüqar Qurbanov ölkəmizdə İcbari Tibbi Sığortanın tətbiq edilməsi ilə ana olmağa hazırlaşan qadınların ödənişsiz olaraq tibbi xidmətdən istifadə etmək imkanı əldə etməsinin, bu istiqamətdə mümkün risklərin aşkar edilməsinə və aradan qaldırılmasına şərait yaratdığını bildirib.
Çıxış edən Azərbaycan Respublikası səhiyyə nazirliyinin səhiyyənin təşkili şöbəsinin müdiri Anar İsrafilov, UNICEF-in Azərbaycandaki nümayəndəsi Aleks Haykens, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı, Səhiyyə Nazirliyinin Neonatoloji Xidmətin Təkmilləşdirilməsi üzrə xüsusi komissiyasının sədri Rüstəm Hüseynov, “Regional İnkişaf” İctimai Birliyinin layihə rəhbəri Nəzrin Şirinova, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktoru prof. Cəmilə Qurbanova, Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru prof. Allahverdi Musayev erkən doğulmuş uşaqlarla bağlı həyata keçirilən beynəlxalq layihələr, görülmüş işlər və göstərilən tibbi xidmətlər barədə danışıblar.
Daha sonra Türk Neontoloji Dərnəyi”nin rəhbəri prof. Esin Koç-un tədbirlər bağlı ünvanlandığı video görüntü təqdim edilib, eyni zamanda “Yeni Doğulmuş Uşaqlara Qayğı üzrə Avropa Fondu”nun həmsədri xanım Silke Maderinin mövzu ilə bağlı tədbir iştirakçılarına ünvanlandığı müraciət oxunub.
Sonda tədbirdə iştirak edən vaxtından əvvəl doğulmuş və öz normal həyatlarını davam etdirən bir qrup uşağa hədiyyələri təqdim edilib.
Qeyd edək ki, Konfransın ikinci hissəsi mütəxəssislərin təqdimatları və mövzu ətrafında fikir mübadiləsinin aparılması ilə davam etdirilib.