Dünya artıq müharibədən yorulub, bu il mütləq sülh masası qurulacaq.
AzerTimes xəbər verir ki, bu fikirləri ekspert Natiq Cəfərli paylaşıb.
O bildirib ki, sülh danışıqları başlayana qədər Ukrayna Xerson və Zaporojye vilayətlərini işğaldan azad edə bilməsə, bizdə 1994-cü ildə olduğu kimi, münaqişə “dondurulacaq”:
“Bu isə Ukrayna üçün, elə bütün sivil dünya üçün taktiki məğlubiyyət ola bilər. Amma hətta belə olsa da, Rusiya strateji, uzun vadəli qələbə qazana bilməyəcək”.