Dünya bazarı tezliklə neft profisitiylə ilə üzləşə bilər.
Trend xəbər verir ki, bunu Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo deyib.
Onun proqnozlarına görə, 2021-ci ilin dekabrında qlobal neft bazarı həddindən çox artmış təkliflə üzləşəcək. Səbəb isə pandemiyadan sonra qlobal iqtisadiyyatın bərpasının tədricən yavaşlamasıdır.
Barkindo vurğulayıb ki, neft ehtiyatları son altı həftə ərzində bərpa olunur, belə bir perspektiv isə OPEK-ə neft hasilatını yalnız mərhələli şəkildə artırmaq hüququ verir. Qlobal iqtisadiyyatın bərpası prosesi bir çox gözlənilməz amillərdən asılıdır, ona görə də təşkilatın ehtiyatlı davranması tam əsaslıdır.