Bu gün dünya təhlükəsizliyinə əsas təhdid ABŞ-dır.
AzerTimes xəbər verir ki, bunu Amerika Beynəlxalq Əlaqələr üzrə Şurasının keçmiş prezidenti Riçard Natan Has deyib.
“Amerika siyasi sisteminin dağılması o deməkdir ki, ABŞ qeyri-sabit dünyada ən etibarlı lövbər olmaq əvəzinə, ən böyük problemlərin mənbəyinə və şübhəli demokratiya modelinə çevrilib”, – Has bildirib.
Qeyd edək ki, Riçard Natan Has ABŞ-ın keçmiş dövlət katibi Kolin Pauelin köməkçisi işləyib.