Ukrayna iyul ayı ərzində Rusiyaya nisbətən daha çox PUA-dan istifadə edib.
AzerTimes xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Aleksandr Musiyenko deyib.
“Ukrayna dünyanı təəccübləndirir. İyul ayında Ukrayna Rusiya ərazisinə Rusiyanın Ukraynaya endirdiyi PUA zərbəsindən daha çox zərbə endirib. Bu, çox vacibdir. Məlumata görə, iki həftə ərzində Rusiyanın 5 aerodromuna zərbələr endirilib”, – Musiyenko bildirib.